|
Azərbaycanı təbiət gözəlliyinin sərgi zalı adlandırmaq olar. Bu Odlar Ölkəsində ilin hər fəsli, çiçəklənən yaz, tutqun qış, isti yay, kövrək payız özünü ən yaxşı simasında biruzə verir. Dünyada 11 mövcud iqlim zonasından 9-nu özündə əks etdirən bu torpağa Allah xeyir dua vermiş . Qafqazda bitən 6000 bitki növündən 4000 Azərbaycanın payına düşür. Ölkənin hər bir regionu hətta gülün qoxusu və ya səmanın rəngi ilə bir-birindən fərqlənir.
Bu ərazilərdə hər bir qum zərrəsi sizə bəşəriyyətin tarixindən danışa bilər. Bu keyfiyyətlərinə və təbiət məlumatlarına görə Azərbaycan yer kürəsində insanın məskunlaşdığı ilk yerlərdən biridir. Bir çox tarixi abidələrin yaşı minilliklərlə hesablanır.
Bəşəriyyətin bu beşiyi cəsur sərkərdələrin, böyük alimlərin, bütün dünyada məşhur olan şairlərin, yazıçıların, rəssam və bəstəkarların vətənidir.
Yerləşdiyi yer
Azərbaycan Qafqazın cənub-şərqində, Xəzər dənizinin sahilində yerləşir. Qafqaz dağları iki kontinenti yarıya böldüyündən, ölkə Avropa və Asiya qitələri arasında yerləşir. Rusiya, İran, Gürcüstan, Türkiyə və Ermənistanla sərhədlərə malikdir.
İqlim
Azərbaycan üzərində atmosfer sirkulyasiyası subptoropik zonaya xas olan özünəməxsusluqu ilə fərqlənir. İlin isti fəslində daha çox az buludlu, isti hava müşahidə olunur. Yay – Azərbaycanda daha davamlı mövsümdür. Payızda adətən isti, quru hava mövcüd olur, buna görə də payız Azərbaycanda kurort mövsümünün ən yaxşı dövrü hesab olunur. Azərbaycanda qış ümumilikdə qeyri-sərtliyi ilə fərqlənir.
Bayramlar
Müstəqillik günü 28 mayda qeyd olunur. Bu tarixdə 1918-ci ildə Şərqin ilk demokratik ölkəsi Azərbaycan Cumhüriyyəti elan olunmuşdur. Həmçinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Qünü və 21 mart Bahar bayramı- Novruz kimi bayramlar da qeyd olunur.
Milli valyuta
Pul vahidi – Azərbaycan manatıdır. 01 yanvar 2006-cı il tarixində prezidentin fərmanı ilə 1YAM=5000KAM nisbətində yeni kupyuralar (yeni Azərbaycan manatı) dövriyyəyə buraxılmışdır.
Paytaxt – Bakı
1500 ildən çox yaşı olan bu şəhər Abşeron yarımadasında yerləşir. O paytaxt statusunu 12 –ci əsrdə Şirvanşahlar dövlətinin paytaxt-şəhəri Şamaxını dağıtmış güclü zəlzələdən sonra almışdır. Bu adın yaranması haqqında bir neçə nəzəriyyə mövcuddur. Lakin ən yayılmışı, sübut edir ki, Bakı sözü Badu-Kübə sözündən irəli gəlir, bu da tərcümədə küləklər şəhəri deməkdir. Qədim şəhər indi İçəri Şəhər adlanan qala divarları ilə əhatə olunmuşdur. Lakin hazırkı Bakı müasir, böyük, gözəl şəhərdir. Burada Qərb və Şərq birləşir. Bakını bəzən Şərqin Pariji də adlandırırlar.
REGİONLAR
Gəncə
Əhalisi 300000, ərazisi 8320 km2
Gəncə – eyni adlı çayın sahilində yerləşən, böyüklüyünə görə Azərbaycanın ikinci şəhəridir. Şəhər 12 –ci əsrdə zəlzələ nəticəsində dağılmış, amma sonradan yenidən tikilmişdir. Bu təbii fəlakət əhalinin yarıdan çoxunu məhv etmişdir. Yerli əhalinin dağılmış hissələri bərpa etmək və zəlzələdən sonra həyatı qaytarmaq cəhdlərinə baxmayaraq, 13-cü əsrdə monqol-tatar əsarətinin ölkəni bürüməsi şəhərə böyük zərər vurmuşdur. Hətta bu hadisədən sonra da Gəncə karvan yollarının kəsişdiyi vacib ticarət mərkəzlərindən biri olmuşdur. Bu şəhərə həmişə böyük diqqət verilirdi. Şərqdə böyük feodal şəhərlərindən biri olmaqla Gəncə Azərbaycanın tarixində əhəmiyyətli rol oynamışdır. Şəhərin mövcud olduğu bütün dövr ərzində o Şəddadilər, Atabəylər, Səlcüklar kimi tayfaların hakimiyyəti altında olmuş, Gəncə Xanlığının və Azərbaycan Demokratik Respublikasının paytaxtı olmuşdur.
Cəncə – Azərbaycanın dahi şari Nizaminin vətənidir. O öz əsərində bu şəhəri Babilistanla müqayisə edirdi.
Şəhərin adı 1804-cü ildə Rus imperatoru Aleksandrın həyat yoldaşının şərəfinə Yelizavetpol ilə əvəz olunmuşdur. 1935-ci ildə isə Kirovabad adlandırılmışdır. Lakin 1989-cu ildə Cəncənin öz adı şəhərə qaytarılmışdır.
Hal-hazırda sənaye mallarının istehsalında Bakı və Sumqayıtdan geri qalan bu şəhər iri sənaye şəhəridir.
Qəbələ
Əhalisi 85600, ərazisi 1548 km2
Qəbələ böyük Qafqaz sıra dağlarının ətəyində, Qaraçay və Qocalançay çaylarının kənarında yerləşir.1959-cu ildə arxeloji qazıntılar nəticəsində hazırkı şəhərdən 20 km aralıda aşkar olunmuş Qədim Qəbələ 25 hektar əraziyə malik olmuşdur. Qəbələ bu ərazidə mövcud olan ən güclü dövlətlərdən birinin - Qafqaz Albaniyasının paytaxtı olmuşdur.
Arxitektura və tarixi abidələrinin sayına görə şəhəri böyük muzey adlandırmaq olar. Torpaq və daş kurqanlar, qədim qəbirstanlıqlar, müxtəlif formalı qüllələr, mavzoleylər, məscidlər demək olar ki tarixin bütün əsas mərhələlərini əhatə edir.
Qəbələdə heyvandarlıq və tütünçülük daha çox inkişaf etmişdir. Şəhər həmçinin fındıq və qozun əsas təchizatçılarındandır.
Şəki
Əhalisi 166 000, ərazisi 2432 km2
Böyük Qafqaz sıra dağlarının əhətəsində dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən Şəki şəhəri amfiteatr formasına malikdir. Bu şəhər Böyük İpək Yolunda əsas məntəqələrdən biri olması ilə məşhur olmuşdur. Qədim Şəki Kiş çayının sahilində yerləşirdi. Lakin fəlakətdən sonra şəhər köçürülmüş və Nuxa kəndinin yaxınlığında yenidən inşa olunmuş və bu kəndin adını almışdır. Yalnız 1960-cı ildə yenidən Şəki adını özünə qaytarmışdır.
Şəhər 18-ci əsrdə Şəki xanlığının paytaxtı olmuşdur.
Şəkidə 60-dan çox tarixi abidə mövcuddur. Lakin cəsarətlə onlardan ən məşhuru 1762-ci ildə inşa olunmuş Xan Sarayıdır demək olar.
Məhz burada ipək istehsalı üzrə Sovetlər Birliyinin ən böyük zavodu yerləşirdi. Bu sahədə ən yüksək nailiyyətini şəhər 7000 –dən artq işçinin çalışdığı dönəmdə qazanmışdır.
Şəki mətbəxinin şirniyyatı ayrıca yer tutur.
Qax
Əhalisi 50498, ərazisi 1494 km2
Qax ölkənin şimali-qərbində yerləşir.Dağıstan və Gürcüstanla həmsərhəddir. Bu rayon yalnız öz füsünkar gözəlliyi və arxitektura abidələri ilə deyil, həmçinin alimləri, maarifçiləri, akademikləri ilə də məşhurdur. Burada çoxlu qüllələrə, Qızqalası və Qızqala və Oğlanqala, Həsən-xan qalası, karvan-saray kimi 50-dən çox arxitektura abidələrinə rast gələ bilərsiniz. Tolstoyun əsərinin qəhrəmanı - Hacı Muradın qəbri burada yerləşir.
Bərdə
Əhalisi 128 500, ərazisi 957 km2
Bu qədim şəhər ölkənin mərkəzi hissəsində, Tər-tər çayının sahilində, Qarabağ vadisi hüdudlarında yerləşir. Şəhər öz zəngin tarixi və qəhrəmanları ilə məşhurdur. Sasanilərə, Bizanslılara və Ərəblərə qarşı vuruşan Qafqaz Albaniyasının əfsanəvi sərkərdəsi Cavanşi, məhz bərdə şəhərində yaşayırdı.
Dahi Azərbaycan şairi Nizami bu şəhəri və əfsanəyə görə Makedoniyalı İsgəndərlə görüşmüş bu şəhərin hakimi Nüşabəni öz əsərlərində tərənnüm etmişdir.
Bərdə pambığ və ipək istehsalçısıdır. Bundan əlavə heyvandarlıq da çox inkişaf etmişdir.
Şamaxı
Əhalisi 76600, ərazisi 1611 km2
Şamaxı şərqin ən qədim şəhərlərindən biridir. Şəhər İpək Yolunun keçdiyi regionun ticarət mərkəzlərindən biri olmaqla fəal ticarət həyatı ilə yaşamışdır. Bütün tarixi boyu Şamaxı dəfələrlə zəlzələlərdən əziyyət çəkmişdir. Buna baxmayraq bəzi arxitektura abidələri zərər qörməmiş, dagılanlar isə restavrasiya olunmuşdur. Bu şəhər Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur və burada şah sülaləsinin bütün üzvlərinin məqbərəsi – Yeddi Qümbəz mavzoleyi yerləşir. Region çox dadlı şərab növləri və məharətlə toxunmuş xalçaları ilə məşhurdur.
Quba
Əhalisi 136000, ərazisi 2610 km2
Dağ rayonlarından biri olmaqla Şahdağ dağ massivinin şimal-şərqində dəniz səviyyəsindən 600 metr hündürlükdə yerləşir. 18 –ci əsrdə Fətəli Xanının idarəçiliyi zamanı ölkənin şimalında baş verən siyasi hadisələrlə bağlı şəhər vacib status almışdır.
Şəhər özünün Qəçrəş və Təngaltı istirahət zonaları – ərazinin əhəmiyyətli hissəsinin meşələr olduğu dağ rayonları ilə məşhurdur. Həmçinin buradan bir qədər məsafədə dənizin sahilində yerləşən Nabran qəsəbəsi yerləşir. Bu qəsəbə saf dəniz suyu və təmiz havaya üstünlük verən istirahət etmək istəyənlərin gəldiyi kiçik otellər, pansionlar və bağ evlərindən ibarətdir.
Respublika miqyasında Quba əsas meyvəçilik rayonlarındandır. Həmçinin xalçaçılıq da çox inkişaf etmişdir.
Lənkəran
Əhalisi 190 000, ərazisi 1539 km2
Lənkaran İranla həmsərhəd olan, ölkənin cənubunda Xəzərin sahilində yerləşən çox da iri olmayan şəhərdir. Əhalininin əksəriyyətini, öz mədəniyyətini saxlamış etnik qrup - Talışlar təşkil edir. Lənkəran sözü talış dilində “qamışdan ev” mənasını verir. Arxeoloji qazıntılar sübut etmişlər ki, primitiv yaşayış məntəqələri – kəndlər hələ bürünc dövründə mövcud olmuşdur. Lənkəran uzun müddət Talış xanlığının paytaxtı olmuşdur.
Hələ sovet dönəmində «ümumittifaq bostan» adlandırılan bu şəhər öz portagal və mandarin bağları ilə məşhurdur. Lənkaranda olsanız, mütləq yerli çay, və yerli mətbəxdən ləvənginin dadına baxın.
Naxçıvan
Əhalisi 310000, ərazisi 5400 km2
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. Naxçıvanın tərkibinə 6 rayon daxildir: Sədərək, Ordubad, Culfa, Şərur, Babək, Şahbuz. Bu ərazi 1924-cü ildə Ermənistana verilmiş ölkənin əsas ərazisindən ayrılmışdır. NMR İran və Türkiyə ilə sərhədlərə malikdir. Ərazinin böyük hissəsi dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşir. Ərazi mineral mənbələrlə çox zəngindir. Burada müalicəvi-sağlamlıq sanatoriyaları yerləşir. Həmçinin qədim zamanlardan üzümçülük yerli əhalinin ənənəvi peşələrindən hesab olunur.
Qarabağ
Region ölkəninin qərbində Kiçik Qafqazın dağətəyi ərazilərində Kür və Araz çaylarının arasında yerləşir. Güman edilir ki, bu ad əraziyə məhsuldarlığına görə verilmişdir. Bu region özünun qeyri-adi təbiəti və cins atları ilə məşhurdur.
Bu torpaqlarda 1923-cü ildə Dağlıq-Qarabağ muxtar vilayəti yaradılmış. Lakin 1989-cü ildə Azərbaycan Parlamentinin qərarı ilə ləğv olunmuşdur. Xankəndi və Şuşa ən iri şəhərlərdir.
Bu ərazi Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunmuşdur. Müharibənin gedişində Qarabağda yaşayan bütün Azərbaycanlılar bu ərazilərdən qovulmuşlar.
|
|
|